Lavrov BRİKS strukturunun dəyişdirilməsi ehtimalını şərh edib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS-in strukturu və onun dəyişmə ehtimalını şərh edib.



Bu barədə o, NTV telekanalına müsahibəsində danışıb.

Lavrov xatırladıb ki, BRİKS təşkilat deyil, assosiasiyadır. Ona görə də mövcud strukturun katibliyi olan təşkilata çevrilməsinə ehtiyac olmadığını bildirib.

Nazir həmçinin BRİKS-i dünya əksəriyyətinin simvolu və “bərabər əsasda bir-birinin maraqlarını nəzərə alaraq öz təşəbbüslərini birlikdə inkişaf etdirmək” istəyi adlandırıb.

Qeyd edək ki, Rusiya 2024-cü ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirən BRİKS-ə sədrlik edəcək. Yanvarın 1-dən onun tərkibi Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən tamamlanacaq. Rusiyanın BRİKS-də sədrliyinin prioriteti milli valyutalarla ödənişlərin artması olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu