Lavrov: Biz Qərb sistemindən asılı olmayaraq ticarətin yollarını axtarırıq


BRİCS Qərb ölkələrinin nəzarətində olan sistemdən asılı olmayaraq ticarət yolları axtarır.


AFN.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Hazırda ortaq valyuta gündəmdə deyil. Bizim bütün diqqətimiz qarşılıqlı ticarətimizi ABŞ və Qərbin nəzarətində olan sistemdən asılı olmayan şəkildə davam etdirməyin yollarını tapmaqdır", - deyə Lavrov vurğulayıb.
O, Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən 15-ci BRİKS Sammitindən sonra mətbuat mənsublarının suallarını cavablandırıb.

Rusiyanın taxıl müqaviləsi şərtlərinin yerinə yetirilməsi lazım olduğunu ifadə edən Lavrov qeyd edib ki, Rusiya paket razılaşmasının Ukrayna hissəsini, eyni gündə, eyni zamanda, bütün şərtlər daxilində yenidən başlamağa hazırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu