Lavrov: "ABŞ neokolonialist üsullardan istifadə edir"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın neokolonialist üsullardan istifadə etdiyini bildirərək, “Bir çox ölkələr beynəlxalq maliyyə qurumlarının və Vaşinqtonun nəzarətində olan qarşılıqlı fəaliyyət formatlarının effektivliyini və qərəzsizliyini şübhə altına alır” ifadələrini işlədib.



Bu barədə Lavrov Rusiya Xarici İşlər Nazirliyinin paytaxt Moskvada keçirilən İşgüzar Şurasının iclasında iştirakı zamanı danışıb.

Qərbin ABŞ-ın rəhbərliyi altında Rusiyaya qarşı hibrid müharibə apardığını və sanksiyalar tətbiq etməklə Rusiyanın inkişafının qarşısını almağa çalışdığını bildirən Lavrov, “müharibə iqtisadiyyat sahəsində davam edir” sözlərini deyib.

Başda Rusiya olmaqla bir çox ölkənin bu səbəbdən xarici ticarət ödənişlərində alternativ valyutalar və ödəniş platformalarından istifadə etdiyini bildirən Lavrov görüşdə Rusiya şirkətləri üçün iqtisadiyyat sahəsində risklər, təhdidlər və imkanları müzakirə edəcəklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu