Lavrov: "Biz Ukraynada qanuni maraqları nəzərə alan təkliflərə açığıq"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı dünya reallıqlarını və Rusiyanın əsas qanuni maraqlarını nəzərə alan istənilən ciddi təklifi nəzərdən keçirməyə hazır olduqlarını bildirib.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Myanmanın xarici işlər naziri Than Sve ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Asiya-Sakit Okean regionunda tendensiyanın çox da müsbət olmadığını bildirən Lavrov, Myanma ilə birlikdə regionda bütün dövlətlərin davamlı inkişafını təmin edə biləcək əhatəli, effektiv, etibarlı təhlükəsizlik arxitekturasının yaradılmasının zəruriliyini bəyan edib.

Lavrov, Qərbin Asiya-Sakit Okean regionuna blok elementləri daxil etməyə, bu regionda təhlükəsizlik məsələlərində ASEAN-ın aparıcı rolunu əlindən almaq istəyən mexanizmlər yaratmağa çalışdığına diqqət çəkib və NATO-nun açıq şəkildə buraya sızaraq, öz dövlətini qurmaq istədiyini vurğulayıb.

Lavrov Ukraynadakı vəziyyətlə bağlı dünyadakı reallıqları və Rusiyanın əsas qanuni maraqlarını nəzərə alacaq istənilən ciddi təklifi dəyərləndirməyə hazır olduqlarını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu