Lavrov Türkiyəyə səfər edəcək


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.


Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib.

“Gələn həftə - iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gələcək. Gəlmək istədiyini özü dedi. Biz də buyurun gəlin dedik”, - o deyib.

Onun sözlərinə görə, Rusiyanın XİN başçısı ilə birgə hərbi heyət də gələcək: “Təhlükəsiz dəhlizin açılması, gəmilərin girib-çıxması üçün nələrin edilməsi lazımdır məsələləri müzakirə olunacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu