Ceyhun Bayramov Türkiyəyə səfər edəcək


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn həftə Türkiyəyə səfər edəcək.


Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib.

“Gələn həftə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov, eyni zamanda, Şimali Makedoniya, Rusiya, Almaniya və Niderlandın XİN başçıları da Türkiyəyə səfər edəcək”, - nazir bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu