CAR BRİKS ölkələri ilə əməkdaşlığı genişləndirmək istəyir
Mərkəzi Afrika Respublikası (CAR) BRİKS ölkələri ilə əməkdaşlığı genişləndirmək istəyindən danışıb.
Bu barədə Mərkəzi Afrika Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Silvi Baypo-Temon RİA Novosti-yə müsahibəsində bildirib.
Hazırda BRICS assosiasiyasına Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir.
Qeyd olunur ki, daha 23 ölkə iqtisadi bloka qoşulmaq arzusunu bildirib. BƏƏ, Səudiyyə Ərəbistanı, İran, Argentina, Misir və Efiopiya kimi dövlətlər 2024-cü il yanvarın 1-dən BRİKS-ə qoşulmaq üçün rəsmi təkliflər alıb.