Yohannesburqda BRİKS Liderlərinin 15-ci Sammiti işə başlayıb


Cənubi Afrika Respublikasının ev sahibliyi etdiyi “BRICS və Afrika: Qarşılıqlı Sürətli İnkişaf, Davamlı İnkişaf və İnklüziv Çoxtərəflilik üçün Tərəfdaşlıq” mövzusunda keçirilən 15-ci BRİCS Sammiti öz işinə başlayıb.


Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından ibarət BRİCS ölkələri qrupu dünya əhalisinin 40 faizindən çoxunu və qlobal məhsulun 30 faizindən çoxunu özündə cəmləşdirən güclü platforma kimi seçilir.

Üç gün davam edəcək sammit BRİCS-ə müraciət etmiş 22 ölkənin qəbulunun qiymətləndirilməsi və ortaq valyutaya keçidin müzakirəsi baxımından kritik əhəmiyyətə malikdir.

Çin Prezidenti Si Cinpinq, Hindistan Prezidenti Narendra Modi və Braziliya Prezidenti İnasio Lula da Silva Yohannesburqdakı Sandton Konqres Mərkəzində keçiriləcək sammitdə iştirak etmək üçün Cənubi Afrikaya səfər ediblər.

Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarı ilə bağlı videokonfrans vasitəsilə sammitdə iştirak edir. Sammitdə Putini xarici işlər naziri Sergey Lavrov təmsil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu