Maduro CIA və DEA-nı ölkəsində çaşqınlıq yaratmaqda ittiham edib


Venesuela prezidenti Nikolas Maduro ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ABŞ Narkotiklərlə Mübarizə İdarəsini (DEA) ölkəsində çaşqınlıq yaratmaqda ittiham edib.


Paytaxt Karakasda keçirilən "Yeni Dövr Konqresi"ndə çıxış edən Maduro, CIA və DEA-nın Venesuelada şiddət, xaos və çevriliş planları qurmağa çalışdıqlarını və bunları Kolumbiyadakı DEA bazasında hazırladıqlarını bildirib.

Keçən il Bolivar inqilabına qarşı dörd sui-qəsdin qarşısını aldıqlarını xatırladan Maduro, “Kolumbiya ordusunun kəşfiyyat agentləri DEA bazasında, yəni Kolumbiya ərazisindən Venesuelaya qarşı zorakılıq, terror, sui-qəsd və çevriliş planlaşdırır” - deyə bildirib.

Bolivar inqilabına qarşı mümkün hərəkətlərin ictimaiyyətdən ciddi reaksiyalar alacağını vurğulayan Maduro ordu və xalqın demokratiya və sülhü ən güclü şəkildə müdafiə edəcəyini bildirib.

Maduro Venesuelaya qarşı planlaşdırılan sui-qəsdlərin qarşısını almaq üçün maksimum məsuliyyət elan etdiklərini və ölkəsində zorakılığın yenidən canlanmasına imkan verməyəcəklərini bildirib.

Prezident Maduronu müdafiə naziri Vladimir Padrino Lopez və yüksək rütbəli hərbi komandirlər müşayiət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu