ABŞ və Venesuela arasında Maduroya yaxın 10 amerikalı məhbus və iş adamı dəyişdirilib


ABŞ və Venesuela arasında əsir mübadiləsində Venesuela prezidenti Nikolas Maduroya yaxınlığı ilə tanınan iş adamı Aleks Saab 10 Amerika vətəndaşı ilə dəyişdirilib.


Ağ Evdən verilən açıqlamaya görə, ABŞ və Maduro administrasiyası arasında əldə olunan razılaşmaya əsasən Venesuelada həbsdə olan 10 amerikalı azad edilib.

Ağ Ev, həmçinin ABŞ-da məhkəmə prosesinə məruz qalan Leonard Glenn Francis adlı malayziyalı iş adamının ABŞ-a ekstradisiya edildiyini açıqlayıb.

Dünən axşam Texasdakı Birgə Baza San Antonio Hava Limanına gələn amerikalılar ölkələrinə qayıtmaqdan çox xoşbəxt olduqlarını dilə gətiriblər.

Digər tərəfdən, Vaşinqton administrasiyası Maduroya yaxınlığı ilə tanınan iş adamı Saabı mübadilə müqaviləsinə uyğun olaraq azad edib. Karakasda mərasimlə qarşılanan Saab ilə bağlı mətbuat konfransı keçirən Maduro, sözügedən razılaşmadan məmnun olduğunu bildirib.

ABŞ-da Alex Saaba qarşı korrupsiya ittihamı ilə iddia açılıb və prokurorluq ona qarşı müxtəlif cinayətlərə görə ittiham aktı hazırlayıb. Saab bütün ittihamları rədd edib.

ABŞ administrasiyası uzun müddətdir ki, Maduro administrasiyasının legitimliyini tanımadığını bəyan etmiş və müxalif Xuan Quaydonu tanıdığını bəyan etmişdi.

İki ölkə arasında münasibətlər son həftələrdə yumşalmağa başlayıb. Maduro 2024-cü ildə ölkəsində müstəqil seçkilər keçirəcəyinə söz verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu