Venesuelada prezidentə sui-qəsd hazırlayan iki nəfər həbs edilib


Venesuelanın baş prokuroru Tarek Uilyam Saab ölkə prezidenti Nikolas Maduroya qarşı təhdidlər dərc edən və sui-qəsdə təhrik edən iki nəfərin həbs edildiyini açıqlayıb.


Bu barədə "Telesur" telekanalı məlumat yayıb.

Baş prokurorun sözlərinə görə, şübhəlilər martın 11-də Maturin şəhərində saxlanılıblar. Həmin gün Venesuela prezidenti orada səfərdə olub.

Tarek Uilyam Saab bildirib ki, saxlanılan şəxslərin telefonlarının tədqiqi zamanı 50 hərbçinin silah ələ keçirmək və dövlət çevrilişi təşkil etmək üçün cəlb edilməsi ilə bağlı danışıqların yazıları aşkar edilib.

"Telesur" xəbər verir ki, Venesuela prokurorluğu məhbuslara qarşı sui-qəsd və adam öldürməyə cəhddə ittiham irəli sürmək niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu