Venesuelada iki müxalifətçi siyasətçinin həbsinə order verilib: korrupsiya ittihamı
Venesuelada Dövlət Neft Şirkətinə (PDVSA) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində 2 müxalifətçi siyasətçinin həbsinə order verilib.
Baş prokuror Tarek Uilyam Saab mətbuata açıqlamasında müxalifət siyasətçiləri Leopoldo Lopez və Xulio Borxesin PDVSA və kriptovalyutadakı korrupsiyada əli olduğunu göstərən yeni sənədlər əldə etdiyini bildirib.
Saab iki müxalif siyasətçinin saxlanması üçün həbs qərarı çıxardıqlarını və yeni şahidlərə əsaslanaraq bu qərarı verdiklərini bildirib.
Lopez və Borxesin ekstradisiyasını yaşadıqları ölkələrdən tələb edəcəklərini bildirən Saab, müxalifət siyasətçilərinin Venesuela dövlətindən külli miqdarda pul qəsb etdiklərini iddia edib.
Başqa cinayətlər törətdiyi iddiası ilə həbs qərarı olan Lopez İspaniyada, Borxes isə Kolumbiyada yaşayır.