Cənubi Koreyada korrupsiyada ittiham olunan müxalifət liderinin həbs tələbi rədd edilib


Cənubi Koreyada məhkəmə korrupsiya və rüşvətxorluq ittihamı ilə müxalif Demokratik Partiyasının (DP) lideri Li Jae-Myung-un həbsi ilə bağlı prokurorun vəsatətini rədd edib.


Linin iştirak etdiyi iclasdan sonra Seul Rayon Məhkəməsi müxalifət liderinin həbsinə order verib-verməməsi ilə bağlı qərarını açıqlayıb.

Bəyanatda prokurorlar tərəfindən toplanan sübutların Linin tikinti layihəsində iştirakı ilə bağlı əhəmiyyətli şübhələr yaratdığı, lakin onun həbsini tələb edəcək səviyyədə olmadığı və müxalifət liderinin qanunsuz işlərdə iştirakı ilə bağlı əlavə dəlillərə ehtiyac olduğu bildirilib.

Məhkəmənin qərarını gözlədiyi polis bölməsindən çıxarkən jurnalistlərə açıqlama verən Li, Cənubi Koreyanın konstitusiya quruluşunu qətiyyətlə qoruduğu və müdrik qərar qəbul etdiyi üçün məhkəmə sisteminə bir daha minnətdaram olduğunu bildirib.

Həbs edilmədən cinayət təqibi qərarının 2024-cü ilin aprelində keçirilməsi planlaşdırılan ümumi seçkilər ərəfəsində Linin partiya daxilindəki mövqeyini gücləndirəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu