Cənubi Koreya lideri Şimali Koreyanın seçkidən əvvəl təxribatlar törədə biləcəyini açıqlayıb


Cənubi Koreya prezidenti Yoon Suk Yeol Şimali Koreyanın nüvə silahından profilaktik istifadəni qanuniləşdirən “irrasional qrup” olduğunu bəyan edərək, ölkəsindəki seçkilərə müdaxilə etmək üçün təxribat ehtimalının olduğunu bildirib.



Yonhap xəbər verir ki, mərkəzi inteqrasiya olunmuş müdafiə şurasının illik iclasına sədrlik edən Yoon Şimali Koreyanın aprel ayında Cənubi Koreyada keçiriləcək parlament seçkilərinə müdaxilə etmək üçün çoxsaylı təxribatlar törətməsi ehtimalını dilə gətirib.

Şimalın Cənubi Koreyada demokratik sistemi məhv etmək üçün 70 ildir yorulmadan çalışdığını vurğulayan Yoon, bu il sərhəd bölgəsi təxribatları, pilotsuz uçuş aparatları, dezinformasiya kimi müdaxilə məqsədi daşıyan çoxlu təxribatların olacağını gözlədiyini qeyd edib.

Yoon Şimali Koreyanın Rusiya ilə şübhəli silah ticarətini yalnız qlobal təhlükəsizliyə deyil, həm də Koreya yarımadasındakı təhlükəsizliyə qarşı çox təhdidedici və təxribat xarakterli hərəkət kimi xarakterizə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu