Cənubi Koreyanın əsas müxalifət lideri hücuma məruz qalıb


Cənubi Koreyanın əsas müxalifətçi Demokratik Partiyasının lideri Li Jae-myung Busanda tikinti sahəsinə baş çəkərkən boynundan bıçaqlanıb.



Cənubi Koreyanın Yonhap agentliyinin məlumatına görə, insident səhər saatlarında Li Pusanın Gadeok adasındakı tikinti sahəsini ziyarət edərkən baş verib.

Mətbuat mənsublarının suallarını cavablandırarkən hücumçu avtoqraf almaq bəhanəsi ilə Liyə yaxınlaşıb və əlindəki kəsici alətlə onun boynuna xəsarət yetirib.

Hücumdan sonra boynunda qanaxma ilə huşunu itirən Li müalicə üçün xəstəxanaya aparılıb.

Kişi olduğu deyilən hücumçu hadisə yerində tutulub. Onun şəxsiyyəti barədə ətraflı məlumat verilməyib.

Prezidentin sözçüsü Kim Soo-Kyunq bildirib ki, prezident Yoon Suk Yeol hadisədən sonra Li-nin xəstəxanaya yerləşdirilməsinə və mümkün qədər tez müalicə olunmasına, hücumun araşdırılması və faktların müəyyənləşdirilməsinə göstəriş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu