Venesuela prokurorluğu "ilkin seçkilərdə saxtakarlıq" iddiası ilə istintaqa başlayıb
Venesuela prokurorluğu, 2024-cü ilin ilk yarısında keçirilməsi gözlənilən prezident seçkiləri öncəsi "müxalifət partiyalarının oktyabrın 22-də keçirdiyi ilkin seçkilərin saxta olduğu" iddiası ilə istintaq başladıldığını açıqlayıb.
Baş Prokuror Tarek William Saab açıqlamasında praymerizlərlə bağlı çoxlu cinayət şikayətlərinin edildiyini bildirərək, “Orada saxtakarlıqların edildiyini, seçicilərin iradəsinin ələ salındığını göstərən videolar var və bununla bağlı minlərlə şikayət aldıq. Araşdırmaların aparılması üçün 2 ekspert prokuror təyin etmişik” vurğulayıb.
Bazar günü keçirilən ilkin seçkilərdə ən azı dörd ayrı pozuntu ilə qarşılaşdıqlarını qeyd edən Saab, seçkilərə xərclənən pulların mənbəyinin bilinmədiyini və bunun çirkli pullardan şübhələnməyə səbəb olduğunu bildirib.
Saab bildirib ki, iddialara aydınlıq gətirmək üçün Milli İlkin Komissiyanın (CNP) sədri Xesus Mariya Kasa, həmçinin vitse-prezident Mildred Kamero və digər rəsmilər şahid qismində dinləniləcək.
Milli Assambleyanın (AN) sədri Xorxe Rodriges oktyabrın 25-də verdiyi açıqlamada, verilən səslərin sayı ilə müəyyən etdikləri rəqəmlər arasında ziddiyyət olduğunu iddia edərək, ilkin seçkilərdə saxtakarlıq olduğunu bildirib.
İlkin seçkilərdə heç bir qanun pozuntusunun olmadığını deyən müxalifət namizədi Mariya Korina Maçado seçki qutusuna hakim partiyanın simpatiyanlarının da qatıldığını qeyd edib.
10 müxalifət namizədinin qatıldığı ilkin seçkidə 15 illik siyasi qadağası olan Maçado hesablanan səslərin 92 faizini toplayıb.
Müxalifət namizədi Maçadonun ilkin seçkilərdə qalib gələcəyi təqdirdə 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi yaxın günlərdə bəlli olacaq.
İstintaq çərçivəsində Venesuela Maliyyə İşləri Baş İdarəsi Maçadonun Venesuelanın ictimai etikasını, inzibati əxlaqını, qanunun aliliyini, sülh və suverenliyini pozduğuna qərar verib və müxalifət namizədinə 15 illik siyasi qadağa qoyub.
Venesuela hökuməti ilə müxalifət arasında 11 ay əvvəl kəsilən dialoqun bərpasından sonra tərəflər oktyabrın 18-də seçkilərin 2024-cü ilin birinci yarısında keçirilməsi ilə bağlı razılığa gəliblər.
ABŞ administrasiyası isə Venesuela hökumətinin müxalifətlə 2024-cü ildə seçki keçirmək barədə razılığa gəlməsindən sonra ölkənin neft, təbii qaz və qızıl sektorlarına tətbiq etdiyi bəzi sanksiyaları dayandırıb.