Venesuela Britaniya hərbi gəmisini Qayanadakı mübahisəli sulardan çıxardığını elan edib


Venesuela qonşu Qayana ilə mübahisə etdiyi mübahisəli sulara hərbi gəmilər göndərən İngiltərənin bölgədən çəkildiyini açıqlayıb.


Bu barədə ölkənin müdafiə naziri Vladimir Padrino Lopez sosial şəbəkədə açıqlama verib

Lopez İngiltərənin Qayanaya dəstək olaraq mübahisəli sulara göndərdiyi Kral Donanmasının "HMS Trent" gəmisinin bölgədən çəkildiyini, Venesuelanın da belə bir addım atdığını bildirib.

Lopez Venesuelanın suveren hüquqlarını həmişə müdafiə edəcəklərini qeyd edərək, "Bu gün şübhəsiz ki, bölgədə sülhün qarantiyası olan Argyle razılaşmasına hörmətlə yanaşılacağına ümid edirik. Hər hansı bir təxribata qarşı diqqətli olacağıq" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu