İngiltərə Qayanaya hərbi gəmilər göndərdi


Britaniya Kral Donanmasının Karib dənizində yerləşən "HMS Trent" gəmisini Esequibo bölgəsi mübahisəsində Venesuelaya qarşı keçmiş müstəmləkəsi Qayanaya dəstək vermək üçün bölgəyə göndərdi.



İngiltərə mətbuatına danışan Müdafiə Nazirliyinin sözçüsü mövzu ilə bağlı təfərrüatları paylaşaraq, gəminin ayın sonuna qədər Qayanaya çatacağını qeyd edib.

Sözcü, "HMS Trent" bu ayın sonunda bölgədəki Atlantik patrul vəzifəsinin bir hissəsi olaraq regional müttəfiqi və Birlik üzvü Qayanaya səfər edəcəyini vurğulayıb.

“HMS Trent” gəmisi Karib dənizində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün dekabrın əvvəlindən regionda patrul fəaliyyəti həyata keçirir.

Qeyd edək ki, Böyük Britaniyanın Amerika, Karib hövzəsi və dəniz kənarı əraziləri üzrə dövlət katibi Devid Rutli keçən həftə Qayanaya səfər edib və ölkəsinə dəstəyini ifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu