Panamada 2,3 tondan çox narkotik müsadirə edilib


Mərkəzi Amerika ölkəsi Panamada narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyatlar zamanı 2,3 ton kokain ələ keçirilib.


Səlahiyyətlilər, Sakit okean və Karib dənizi sahillərində həyata keçirilən 3 ayrı əməliyyatda İspaniyaya göndərilmək üçün 2,3 ton narkotik maddənin ələ keçirildiyini bildirib.

Narkotiklərin bir hissəsinin ölkəyə Ekvadorun Quayaquil şəhərində konteynerlər vasitəsilə gətirildiyi müəyyən edilib.

Kokainin Panama üzərindən İspaniyanın Valensiya limanına göndərilməsinin nəzərdə tutulduğu paylaşılıb.

Yerli KİV-lər ilin əvvəlindən narkotik təşkilatlarına qarşı 66 əməliyyat keçirildiyini, 108 nəfərin saxlanıldığını bildirib.

Aprelin 29-da Karib dənizində Kolumbiya, Panama və ABŞ təhlükəsizlik qüvvələri ilə birgə keçirilən narkotik əməliyyatında 5,5 ton kokain ələ keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu