Peru ilə Braziliya sərhədində keçirilən əməliyyatda 2 tondan çox narkotik maddə ələ keçirilib


Perunun Braziliya ilə sərhədində yerləşən Santa Rosada keçirilən əməliyyatda iki tondan çox narkotik maddə ələ keçirilib.



W Radio-da yer alan xəbərə görə, əməliyyat Peru, Braziliya və Kolumbiya ordularının birgə səyi ilə sərhəddə həyata keçirilib.

Əməliyyat zamanı 2 tondan çox narkotik maddə ələ keçirilib və 7-si Kolumbiyalı olmaqla 8 nəfər saxlanılıb.

Kolumbiyanın Amazonas inzibati bölgəsinin Letisiya şəhərində həyata keçirilən əməliyyatda 250 kiloqram partlayıcı maddənin də ələ keçirildiyi bildirilib.

Kolumbiya prezidenti Qustavo Petro X sosial media hesabındakı paylaşımında əməliyyatda iştirak edən ölkələrin təhlükəsizlik qüvvələrini təbrik edib.

Narkotik maddələrin əvvəlcə Panama, sonra isə ABŞ-a çatdırılacağı paylaşılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu