Kolumbiyada "El Mocho" ləqəbli narkotik alverçisi tutuldu


Kolumbiyada ölkənin ən böyük silahlı qruplaşmalarından biri olan Clan del Golfo-nun tanınmış lideri “El Mocho” ləqəbli narkotik alverçisi əməliyyatla saxlanılıb. El Moçonun məşhur narkotik alverçilərindən biri olan "Otoniel" ləqəbli Dairo Antonio Usuqanın qardaşı oğlu olduğu öyrənilib.



Milli mətbuatda yer alan xəbərə görə, təhlükəsizlik qüvvələri Antiokiya inzibati bölgəsindəki Taraza şəhərinin kənd ərazisində əməliyyat keçirərək “El Mocho” ləqəbli Federiko Kardonanı ələ keçirib.

Ordu və polisin birgə əməliyyatı nəticəsində ələ keçirilən El Moço və adamları saxlanılıb.

Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, əməliyyat zamanı 2 kilo maye kokain və 1 kiloqramdan çox narkotik vasitə ələ keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu