Somalidə “Əş-Şəbab”a qarşı keçirilən əməliyyatda təşkilatın 10 üzvü öldürülüb
Somalidə "Əş-Şəbab" terror təşkilatına qarşı keçirilən əməliyyatda təşkilatın 10 üzvünün zərərsizləşdirildiyi bildirilib.
Somali Müdafiə Nazirliyindən verilən açıqlamada ölkənin cənubundakı Taflow Bay bölgəsində "Əş-Şəbab"a qarşı əməliyyat keçirildiyi paylaşılıb.
Açıqlamada təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda 10 Əl-Şəbab üzvünün öldürüldüyü qeyd edilib.
Əməliyyat zamanı təşkilat üzvlərinə məxsus silah və hərbi sursatların ələ keçirildiyi bildirilib.
Somali ordusu terror təşkilatına qarşı əməliyyatlarını artırarkən, "Əş-Şəbab" da mülki və hərbi bölgələri hədəf almağa davam edir.