Somalidə hərbi bazaya hücum: 10 əsgər həyatını itirdi
Terror təşkilatı Əl-Şəbabın Somalidəki hərbi bazaya hücumu ilə başlayan qarşıdurmada 10 Somali əsgəri həyatını itirib.
Somali milli televiziyasının xəbərində terror təşkilatının səhər saatlarında Aşağı Şabel bölgəsindəki Avdheegle şəhərindəki hərbi bazaya ağır silahlarla hücum etdiyi bildirilib.
Münaqişədə təşkilatın 20 üzvünün zərərsizləşdirildiyi, 10 Somali əsgərinin isə həyatını itirdiyi qeyd edilib.
Hücum edənlərin şəhərin müxtəlif tərəfindən hücuma keçdikləri, lakin ordunun müqaviməti ilə qarşılaşdıqları bildirilib.
Qeyd olunub ki, ordu münaqişədən sonra baza və şəhərə nəzarəti ələ keçirib.
Somali prezidenti Həsən Şeyx Mahmud ölkədə tez-tez hücumlar həyata keçirən Əl-Şəbab qruplaşmasına qarşı mübarizə aparmaq qərarına gəlib.