Somalidə Əl-Şəbab əməliyyatı: 40-dan çox ölü


Somali ordusu havadan və qurudan keçirdiyi əməliyyatla terror təşkilatı Əl-Şəbabın 40-dan çox üzvünü zərərsizləşdirib.


Somali İnformasiya Nazirliyinin verdiyi açıqlamaya görə, beynəlxalq koalisiyanın dəstəyi ilə Aşağı Cuba bölgəsindəki Velmaro kəndində Əl-Şəbaba qarşı hava və quru əməliyyatı həyata keçirilib.

Qurudan xüsusi təlim keçmiş Danab qoşunlarının əməliyyatı zamanı təşkilatın 40-dan çox üzvü öldürülüb.

ABŞ-ın tez-tez havadan dəstək verdiyi Somali ordusu son aylarda təşkilata qarşı əməliyyatlarını artırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu