Somalidə kamikadze hücumu nəticəsində 2 nəfər ölüb


Somalinin paytaxtı Moqadişoda törədilən kamikadze hücumunda ilkin məlumata görə, iki nəfər həyatını itirib.


Somali polisinin verdiyi açıqlamaya görə, şəhərin ən sıx nöqtələrindən birində kamikadze hücumu həyata keçirilib.

İlkin məlumata görə, hücum nəticəsində 2 nəfər ölüb, 2 mülki şəxs yaralanıb.

Hücuma görə məsuliyyəti “Əş-Şəbab” terror təşkilatı öz üzərinə götürüb.

Dünən təşkilat ölkənin mərkəzi hissəsindəki Qalmuduq əyalətində hərbi bazaya hücum edib və şiddətli toqquşmalar baş verib.

Somali prezidenti Həsən Şeyx Mahmud terror təşkilatı Əl-Şəbab ilə hərtərəfli mübarizə aparılacağını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu