Somalidə oteldə terror aktı törədilib


Somalidə "Əş-Şəbab" terror təşkilatı paytaxt Moqadişoda bir otelə bombalı və silahlı hücum təşkil edib.



Münaqişə Somali Prezident Sarayının yaxınlığında yerləşən otelə hücumdan sonra başlayıb.

"Əl-Şəbab" terror təşkilatı üzvləri tərəfindən həyata keçirilən hücumda hökumət sözçüsü Farhan Muhammed Jimale, Somali polisinin yüksək səviyyəli komandirlərindən Abdihamid Abdullahi Fanax, oteldəki jurnalistlər və bəzi parlament üzvləri də daxil olmaqla çox sayda insan yaralanıb.

Yerli mətbuatda yer alan xəbərlərdə bəzi millət vəkillərinin hadisədə həyatını itirdiyi iddia edilib.

Hökumət hələlik hücumla bağlı açıqlama verməyib.

Hücuma görə məsuliyyəti “Əş-Şəbab” təşkilatı öz üzərinə götürsə də, otelin ətrafından atəş səsləri gəlməkdə davam edir.

Hücuma məruz qalan və qorunan ərazidə yerləşən oteldə hökumət rəsmiləri tez-tez görüşlər keçirirdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu