“Əş-Şəbab”ın 100 üzvü öldürüldü


Ötən gün Somalidə “Əş-Şəbab” terror təşkilatına qarşı keçirilən əməliyyatlarda təşkilatın 100-ə yaxın üzvünün zərərsizləşdirildiyi bildirilib.


İnformasiya Nazirliyindən verilən açıqlamada ölkənin Orta Şəbel bölgəsində “Əş-Şəbab”a qarşı əməliyyatların aparıldığı barədə məlumat paylaşılıb.

Həyata keçirilən əməliyyatlarda 100 təşkilat üzvünün öldürüldüyü, təşkilata aid çoxlu silah və hərbi texnikanın ələ keçirildiyi bildirilib.

Qeyd olunub ki, Somali ordusunun təşkil etdiyi və ABŞ ordusunun da dəstəklədiyi əməliyyatlarda təşkilatın yüksək səviyyəli 7 qondarma rəsmisi də zərərsizləşdirilib.

Somali prezidenti Həsən Şeyx Mahmud terror təşkilatı “Əş-Şəbab”la hərtərəfli mübarizə aparılacağını açıqlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu