Somalidə əməliyyat: 70 "Əş-Şəbab" üzvü öldürüldü


Somalinin Muduq bölgəsində həyata keçirilən hərbi əməliyyatda "Əş-Şəbab" terror təşkilatının 70 üzvü zərərsizləşdirilib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Somali Milli Ordusu həftə sonu Muduq bölgəsindəki Aad qəsəbəsində yerli milislərin dəstəyi ilə hərbi əməliyyat keçirib.

Somali İnformasiya Nazirinin müavini Əbdirəhman Yusuf Əl Adala mətbuata verdiyi açıqlamada Aad qəsəbəsində Əl-Şəbab üzvü terrorçuların yerləşdirildiyi düşərgələrdə əməliyyat keçirildiyini və çoxlu sayda təşkilat liderinin öldürüldüyünü bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu