Otelə silahlı hücum: 9 nəfər həlak olub


Somalinin paytaxtı Moqadişuda silahlıların otelə hücumu nəticəsində azı 9 nəfər ölüb.


AFN.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" Somali Milli Televiziyasına (SNTV) istinadən xəbər verir.

Yerli internet portalı "Garowe" polisə istinadən xəbər verir ki, "Əl-Şəbab" yaraqlıları Somalinin paytaxtında rəsmilərin və siyasətçilərin tez-tez dayandıqları "Pearl Beach" otelinə hücum ediblər və polis hadisə yerinə gəlib. Portal təhlükəsizlik qüvvələrinin yaraqlıları uğurla zərərsizləşdirdiyini bildirib. "Təhlükəsizlik qüvvələri otelə basqın edən yeddi terrorçunun hamısını məhv etməklə Moqadişudakı "Pearl Beach" otelinin mühasirəsini dayandırdı. Dəhşətli hücumda 6 günahsız mülki şəxs həlak oldu. Əməliyyat zamanı 3 təhlükəsizlik əməkdaşı da həlak olub. Təhlükəsizlik qüvvələri 84 nəfəri sağ-salamat xilas edə bildi, - deyə SNTV polisə istinadən xəbər verir.

Somalidə yerləşən radikal islamçı qrup "Əl-Şəbab" beynəlxalq terror təşkilatı "Əl-Qaidə" ilə sıx əlaqələrə malikdir. O, Somalinin mərkəzi hökumətinə qarşı silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu