Somalidə kamikadze hücumu nəticəsində azı 3 nəfər ölüb


Somalinin paytaxtı Moqadişoda kamikadze hücumu nəticəsində ən azı 3 nəfər həyatını itirib.



Somali Milli Televiziyasının (SNTV) məlumatına görə, kamikadze paytaxtın Hamarveyn rayonundakı kafedə bombanı işə salıb. Partlayış nəticəsində ən azı 3 nəfər hadisə yerində ölüb.

Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu