İngiltərə Venesuelaya görə Qayanaya hərbi gəmi göndərəcək


Böyük Britaniya Venesueladakı vəziyyətlə bağlı həmrəylik nümayişi olaraq Qayana Kral Hərbi Dəniz Qüvvələrinə hərbi gəmi göndərəcək.



Bu barədə Britaniyanın Sky News telekanalı krallığın Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

“HMS Trent, bu ayın sonunda Atlantik okeanında patrul vəzifəsini yerinə yetirərkən bölgədəki bir sıra döyüş təlimlərinin bir hissəsi olaraq regional müttəfiqi və Birlik tərəfdaşı Qayanaya səfər edəcək” deyə mənbə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu