Hərbi gəmi qəzaya uğradı, onlarla hərbçi itkindir


Tailand Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi Tayland körfəzində batıb.


AFN.az HaberGlobala istinadən xəbər verir ki, Tayland Hərbi Dəniz Qüvvələri səhər saatlarında 75 dənizçinin xilas edildiyini, 31 dənizçinin hələ də suda olduğunu bildirib. Gecə saatlarında güclü külək HTMS Sukhothai korvetinin elektrik sistemini sıradan çıxarıb. Tayland Kral Donanması gəmiyə kömək etmək üçün səyyar nasos maşınları, helikopter və daha 3 kiçik döyüş gəmisi göndərsə də, missiya güclü külək səbəbindən yarımçıq qalıb.

Qəzaya uğrayan gəmi dəniz suyu dolduğu üçün yanı üstə batıb.

İnsident hərbi gəmi Praçuap Khiri Xan əyalətinin Banqsafan rayonunda estakadadan 32 kilometr aralıda dənizdə patrul xidməti həyata keçirərkən baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu