ABŞ-ın hərbi gəmisi Qara dənizdə təhlükəsizlik əməliyyatlarında iştirak edəcək


ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasına məxsus “USSMount Whitney” hərbi gəmisi Qara dənizə yola düşüb.

Bu barədə ABŞ Altıncı Dəniz Donanmasının “Twitter” hesabında bildirilib.

Hərbi gəmi NATO müttəfiqləri və tərəfdaşları ilə Qara dənizdə birgə əməliyyatlarda iştirak edəcək.

Qeyd edək ki, ötən həftə ABŞ və NATO liderləri Aralıq dənizi və Qara dəniz regionlarında təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönəlmiş əməliyyatlara başlanıldığını bəyan edib.

Bir neçə gün əvvəl isə qanadlı raketlərlə təchiz edilmiş “USSPorter” hərbi gəmisi Qara dənizə daxil olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu