Ukrayna Rusiyanın Qara dəniz donanmasının komandirinin öldürüldüyünü iddia etdi


Sentyabrın 22-də Ukraynanın Rusiya Qara Dəniz Donanmasının Sevastopoldakı qərargahını vurması nəticəsində Rusiya Qara Dəniz Donanmasının komandanı Viktor Sokolovun həlak olduğu iddia edilib.


Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrindən verilən açıqlamada Ukrayna xüsusi təyinatlılarının Rusiyanın “Minsk” desant gəmisi və Qara dəniz donanmasının Sevastopol şəhərindəki qərargahına qarşı keçirdiyi xüsusi əməliyyat barədə məlumat paylaşılıb.

Ukrayna qüvvələrinin “Minsk” desant gəmisini vurması nəticəsində 62 rus əsgərinin öldüyü iddia edilən açıqlamada həmçinin bildirilir ki, Rusiya Federasiyasının Qara dəniz donanmasının qərargahına endirilən zərbə nəticəsində 34 zabit, o cümlədən Qara dəniz donanması Komandiri həlak olub, 105 əsgər isə yaralanıb.

Qeyd edək ki, Viktor Sokolov bu vəzifəyə 2022-ci ilin avqustunda təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu