Ukrayna 65 milyon dollarlıq Rusiya patrul gəmisini vurdu
Ukrayna Rusiya Qara Dəniz Donanmasına aid patrul gəmisinin vurulduğunu bildirib.
Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat bölməsindən verilən açıqlamada Krım sahillərində Rusiya Qara Dəniz Donanmasının patrul gəmisinin hədəfə alındığı qeyd edilib.
Kerç boğazına yaxın bir nöqtədə "Magura V5" pilotsuz dəniz vasitələri ilə vurulan "Sergey" Kotov adlı rus gəmisinin müxtəlif hissələrinə ziyan dəydiyi bildirilir.
Açıqlamada, hədəf alınan gəminin dəyərinin təxminən 65 milyon dollar olduğu vurğulanır.
Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak hücumla bağlı açıqlamasında "Rusiyanın Qara dəniz donanması işğalın simvoludur. Ukraynaya aid olan Krımda onu görmək və buraxmaq olmaz" - deyə qeyd edib.
Krımdakı Rusiya səlahiyyətliləri hücuma görə Krım yarımadasını Rusiyaya birləşdirən Krım körpüsündə yol və qatar hərəkətlərinin müvəqqəti dayandırıldığını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verməyib.