Ukrayna Rusiyanın "Sergey Kotov" patrul gəmisini vurdu


Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi Rusiyanın Qara Dəniz Donanmasına məxsus “Sergey Kotov” patrul gəmisini vurduqlarını açıqlayıb.



Kəşfiyyat Baş İdarəsindən verilən açıqlamada, bu gecə “Qrup 13” xüsusi təyinatlısının Rusiya Qara Dəniz Donanmasının “Sergey Kotov” patrul gəmisinə hücum təşkil etdiyi bildirilib.

Açıqlamada hücumun Ukrayna Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq və Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin dəstəyi ilə həyata keçirildiyi bildirilib və Rusiya gəmisinin ön, sağ və sol tərəflərinin zədələndiyi qeyd edilib.

Açıqlamada gəminin Kerç boğazı yaxınlığındakı Ukrayna ərazi sularında vurulduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu