Qara dənizdə NATO və Gürcüstanın birgə təlimləri keçirilib


Qara dənizdə NATO və Gürcüstan Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri keçirilib.


Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, təlim Türkiyə, İspaniya, Rumıniya və İtaliya hərbi gəmilərindən ibarət “Daimi NATO İkinci Minaəleyhinə Tədbirlər Qrupu 2”nin (SNMCMG2) Gürcüstana səfəri çərçivəsində baş tutub.

Hərbi təlimin məqsədinin Gürcüstan və NATO Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı əməliyyat qabiliyyətini və Gürcüstanın müdafiə imkanlarını gücləndirmək məqsədi daşıdığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu