NATO generalları Gürcüstanda regional təhlükəsizliyi müzakirə edəcəklər


NATO-ya üzv ölkələrin yüksək səviyyəli hərbi nümayəndələrindən ibarət nümayəndə heyəti Gürcüstana səfər edib.


Heyətə Alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer başçılıq edir.

Səfər çərçivəsində nümayəndələr oktyabrın 7-8-də NATO-nun ali hərbi orqanının plenar iclasında iştirak edəcəklər. Toplantı iştirakçıları bölgədə təhlükəsizliklə bağlı vəziyyət və Gürcüstandakı problemlərlə yaxından tanış olacaqlar. İclasda həmçinin NATO-Gürcüstan əməkdaşlığı, gələcək prioritetlər və Qara dənizdə təhlükəsizliyin möhkəmləndirilməsi siyasəti də müzakirə olunacaq.

Hərbi Komitə üzlərinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə və Müdafiə Nazirliyində görüşləri planlaşdırılıb. Tərəflər müdafiə sahəsində həyata keçirilən islahatlar və Gürcüstanın NATO ilə hərbi əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu