Böyük Britaniya Norveçdə hərbi baza açır


Britaniya NATO-nun Arktikada imkanlarını gücləndirmək üçün Norveçdə hərbi baza açdığını elan edib.


AFN.az-ın xəbərinə görə, bu barədə Britaniya Kral Donanmasından məlumat verilib. Viking adlanan bazanın Kral Dəniz Piyadalarının komandoları üçün mərkəz rolunu oynayacağı bildirilir. Artıq bu bazaya minə yaxın dəniz piyadası yerləşdirilib. Poliqon növbəti on il ərzində Britaniya komandolarına dəstək verəcək.

Baza Tromsodan 65 kilometr cənubda yerləşir. “Düşərgənin yeri regionda təhlükələrin qarşısını almaq və NATO-nun şimal cinahını və onun yaxın müttəfiqi Norveçi qorumaq üçün zərurət yaranarsa, Böyük Britaniyanın tez reaksiya verməsi üçün idealdır”, - Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.

Norveç parlamenti bir müddət əvvəl yerli hakimiyyət orqanlarının nəzarətində olmayan Norveç hərbi bazalarında Amerika hərbçilərinə ərazilərin verilməsini təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu