Norveç və Böyük Britaniya dənizdə Ukraynaya dəstək koalisiyasına rəhbərlik edəcək


Böyük Britaniya və Norveç Ukraynanın dəniz imkanlarını dəstəkləmək üçün yeni koalisiyaya rəhbərlik edəcək.


Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin saytında yayılan məlumatda deyilir.

“Böyük Britaniya Norveçlə birlikdə Ukraynanın dənizdə fəaliyyət qabiliyyətini gücləndirmək üçün gəmilər və nəqliyyat vasitələri ilə təmin edəcək yeni dəniz imkanları koalisiyasına rəhbərlik edəcək”, - deyə bəyanatda bildirilir.

Bundan əvvəl bildirilmişdi ki, Kiyev Qara dənizdə təhlükəsizliyi yaxşılaşdırmaq üçün Britaniyadan iki "Sandaun" sinifli minaaxtaran gəmi alacaq. Ukraynanın gəmiləri Britaniya İxrac Kredit Agentliyinin köməyi ilə alacağı dəqiqləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu