Böyük Britaniya yanvarın 1-dən Rusiyadan almaz idxalına qadağa tətbiq edəcək


Böyük Britaniya 2024-cü il yanvarın 1-dən Rusiya Federasiyasından almaz idxalına qadağa tətbiq edəcək.


Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Böyük Britaniya hökuməti Rusiyadan almaz idxalını qadağan edən qanunvericilik aktı təqdim edir və bu beynəlxalq tərəfdaşlarla birgə həyata keçirildikdə metallarla bağlı yardımçı xidmətlərə qadağa tətbiq etməyi planlaşdırır” - deyə XİN-dən bildirilib.

Sənəddə qeyd edilir ki, Rusiya almazlarının idxalına qoyulan qadağa 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu