ABŞ və Böyük Britaniya Rusiya metalının daşınmasına qadağa qoyub


ABŞ və Böyük Britaniya Rusiyanın alüminium, mis və nikelinin London Metal Birjası və Çikaqo Birjasının anbarlarına tədarükünə, eləcə də birbaşa idxalına qadağa qoyub.


AFN.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Məhdudiyyətlərin aprelin 13-dən sonra buraxılan metallara şamil ediləcəyi bildirilir. Bununla belə, ABŞ Maliyyə Nazirliyi bəzi hallarda istisna olaraq alüminium, mis və nikel idxalına icazə verilə biləcəyini etiraf edib.

ABŞ Siyahıyaalma Bürosunun hesablamalarına görə, ölkə 2024-cü ilin ötən dömründə cəmi 105.000 dollar dəyərində alüminium idxal edib. 2021-ci ildə mis idxalı 100 milyon dollar, nikel 158 milyon dollar, alüminium isə 612 milyon dollar olub. 2023-cü ildə alüminium tədarükü 44 milyon dollar, nikel 26 milyon dollar, mis 53 min dollar təşkil edib.

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın mis, nikel və alüminiuma qarşı sanksiyalarını siyasiləşdirilmiş addım adlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu