Britaniya Ukraynaya bərpa üçün üç milyard dollar kredit verəcək


Böyük Britaniya müharibənin nəticələrini aradan qaldırmaq üçün Ukraynaya 3 milyard dollar bərpa krediti verməyə qərar verib.


AFN.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə krallığın baş naziri Rişi Sunak bildirib. O qeyd edib ki, bu kredit üç il ərzində Kiyevə veriləcək və Rusiyanın təcavüzü qarşısında Ukraynanın iqtisadi sabitliyini gücləndirmək üçün nəzərdə tutulub.

London həmçinin bu il Ukraynaya minalardan təmizləmə, fəlakətlərə yardım dəstləri və enerji layihələri daxil olmaqla proqramlar üçün 240 milyon funt sterlinq (306 milyon dollar) yardım ayıracaq.

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, London Kiyevə yardım üçün NATO fonduna 60 milyon funt sterlinq (77 milyon dollar) köçürəcək. O, bunu "Ukraynaya lazım olan avadanlıq və təlimlərlə təmin etmək üzrə davam edən öhdəliyin bir hissəsi" adlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu