"Storm Shadow" raketlərinin Ukraynada müharibənin gedişinə təsiri qiymətləndirilib


Böyük Britaniyanın Ukrayna Silahlı Qüvvələrinə (UAF) tədarük etdiyi “Storm Shadow” uzaqmənzilli qanadlı raketləri döyüşlərə əhəmiyyətli təsir göstərib.


“Reuters” xəbər verir ki, raketlərin münaqişənin gedişinə təsirini krallığın Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles qiymətləndirib.

“Storm Shadow raketləri döyüş meydanında mühüm rol oynayıb. Onların Rusiya ordusuna təsiri olub”, - deyə britaniyalı nazir bildirib.

O, bundan əvvəl Londonun Ukraynaya kömək məqsədi ilə NATO fonduna 60 milyon funt sterlinq (77 milyon dollar) bağışlayacağını açıqlamışdı. Nazir əlavə edib ki, bu qərar Böyük Britaniyanın Kiyevi ehtiyac duyduğu avadanlıq və təlimlərlə təmin etmək üzrə davam edən öhdəliyinin bir hissəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu