Şoyqu "HİMARS" və “Storm Shadow” raketləri ilə bağlı xəbərdarlıq etdi


Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya Federasiyası və Krıma "HİMARS" və “Storm Shadow” raketləri ilə hücumlar ABŞ və Böyük Britaniyanın münaqişədə tam iştirakı deməkdir.


Yüksək rütbəli hərbçilərlə görüşdə danışan Şoyqu bildirib ki, Ukrayna ordusu iyunun 4-dən indiyədək Rusiya hərbçilərinin mövqelərinə 263 hücum həyata keçirib və bütün hücumlar dəf edilib.

Ukrayna ordusunun "HİMARS" və “Storm Shadow” raketləri ilə Rusiya Federasiyası ərazisinə və Krıma hücum edəcəklərini öyrəndiyini qeyd edən Şoyqu, bu raketlərin Rusiyanın həyata keçirdiyi xüsusi əməliyyat zonası xaricində istifadəsi, ABŞ və Böyük Britaniyanın münaqişədə iştirakı demək olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu