Rusiyanın müdafiə naziri: "Ukrayna ordusu heç bir istiqamətdə məqsədlərinə nail ola bilmədi"


Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukrayna əks-hücumda qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib.


Şoyqu Rusiya ordusunun yüksək rütbəli komandirləri ilə videokonfrans vasitəsilə görüş keçirib. O, bəyan edib ki, Rusiya ordusu Ukraynadakı müharibədə bütün təmas xəttində fəaldır.

Ukrayna ordusunun əks-hücumlarına toxunan Şoyqu deyib: "Kiyev rejimi 3 aydır ki, böyük itkilərə baxmayaraq, əks-hücum keçirməyə çalışır. Ukrayna ordusu heç bir işdə məqsədinə nail ola bilməyib. Ukrayna administrasiyası ümidsiz şəkildə Qərbdən daha çox hərbi və iqtisadi yardım almağa çalışır, heç olmasa hücum əməliyyatlarında bir hücum təşkil etsin”.

Nazir Şoyqu Ukraynanın itkilərinə diqqət çəkərək bildirib ki, hücum əməliyyatı başlayandan düşmən 66 min əsgər və 7 min 600 silah itirib: "Əks-hücumun uğursuzluğunu ört-basdır etməyə çalışan ukraynalı yaraqlılar mülki hədəflərə hücum edir və bunu hərbi qələbə kimi təqdim edirlər. Təkcə ötən ay 159 (Ukrayna) HIMARS raketi, 1000 raket atılıb. 100 mindən çox pilotsuz uçuş aparatı və 13 qanadlı raket vurulub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu