Rusiya: Ukrayna ordusunun Belqoroda hücumu nəticəsində 6 nəfər ölüb


Rusiya Səhiyyə Nazirliyi Ukrayna ordusunun Belqorod şəhərinə təşkil etdiyi hücumda 6 nəfərin həyatını itirdiyini açıqlayıb.


Səhiyyə nazirinin müavini Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında Ukrayna ordusunun Belqorod şəhərindəki bazara hücum etdiyini bildirib.

Hücum nəticəsində biri uşaq olmaqla 6 nəfərin öldüyü, 17 nəfərin yaralandığı barədə məlumatı paylaşan Kuznetsov səhiyyə naziri Mixail Muraşkonun göstərişi ilə Belqoroda mütəxəssis həkim briqadasının göndərildiyini və onlara tibbi yardım göstərildiyini qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında “hücumun terror aktı olduğunu” və bunu beynəlxalq təşkilatlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında gündəmə gətirəcəklərini bildirib.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Ukrayna RM-70 "Vampir" çoxlüləli reaktiv yaylım atəş sistemi ilə Rusiya ərazisindəki obyektlərə hücum etməyə cəhd edib.

Açıqlamada hücumun qarşısının alındığı və Belqorod vilayəti üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən 14 raketin vurulduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu