Rusiya: "Ukrayna 2 pilotsuz dəniz maşını ilə Krım körpüsündə "terror aktı" həyata keçirib"


Rusiyanın Milli Terrorla Mübarizə Komitəsi Krım körpüsünə Ukrayna qüvvələri tərəfindən pilotsuz dəniz maşınları ilə hücum edildiyini və bunun “terror hücumu” olduğunu açıqlayıb.


Komitədən verilən yazılı açıqlamada Krım körpüsünə hücumun yerli vaxtla səhər saat 03.05-də baş verdiyi bildirilib.

Açıqlamada hücumun Ukrayna xüsusi xidmət qüvvələri tərəfindən həyata keçirildiyi, hücum üçün 2 pilotsuz dəniz maşınının istifadə edildiyi bildirilib.

Hücumun "terror hücumu" olaraq qiymətləndirildiyi və hadisə ilə bağlı araşdırmalara başlanıldığı vurğulanıb. 2 nəfərin həyatını itirdiyi, bir uşağın yaralandığı bildirilən açıqlamada hücum nəticəsində körpünün magistral hissəsinin zədələndiyi bildirilib.

Rusiya Xarici İşlər Nazirliyindən reaksiya

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sosial media hesabında Krım körpüsünə hücumu Ukraynanın həyata keçirdiyini açıqlayıb.

Zaxarova, “Kiyev rejimi terrorçudur və beynəlxalq mütəşəkkil cinayət təşkilatının bütün xüsusiyyətlərinə malikdir. Qərarlar Amerika və Britaniya kəşfiyyatı və siyasətçilərinin iştirakı ilə Ukrayna hakimiyyəti və hərbçiləri tərəfindən qəbul edilir. Terrorçu dövlət strukturunun başında ABŞ və Böyük Britaniya dayanır”, açıqlamalarını verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu