Ukrayna: Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi


Rusiyanın bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum etdiyi bildirilib.



Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko administrasiyanın sosial media hesabında verdiyi açıqlamada Rusiya ordusunun son 5 gündə üçüncü dəfə Kiyevə raket hücumu həyata keçirdiyini bildirib.

Popko, Krım ərazisindən 2 ballistik raketin atıldığını və hər iki raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini qeyd edib.

Raketin qalıqlarının düşdüyü Peçersk, Solomen, Dnepr və Qolosiyiv rayonlarında bəzi binaların zədələndiyini qeyd edən Popko, aralarında uşaq olmaqla 4 nəfərin yaralandığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın 9 ədəd “Şahed” model pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyi bildirilib.

Digər tərəfdən Ukraynanın Cənub Müdafiə Qüvvələrindən verilən açıqlamada Rusiyanın Mikolayiv və Odessa bölgələrinə raket və PUA hücumları təşkil etdiyi bildirilib.

Açıqlamada Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən Mikolayiv və Odessa vilayətləri üzərində 8 PUA-nın vurulduğu da qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu