Rusiya 44 gündən sonra Kiyevi vurdu: 13 nəfər yaralandı


44 gündən sonra Rusiya Ukraynanın paytaxtı Kiyevi raketlə vurması nəticəsində 13 nəfər yaralanıb.



Kiyev Hərbi Administrasiyasının rəhbəri Sergey Popko açıqlamasında Rusiya ordusunun 44 günlük fasilədən sonra Ukraynanın paytaxtı Kiyevə raket hücumu həyata keçirdiyini açıqlayıb. Hücumda Rusiyanın ballistik raketlər, qanadlı raketlər və strateji bombardmançı təyyarələrdən istifadə etdiyini, raketlərin müxtəlif istiqamətlərdən şəhəri hədəf aldığını bildirən Popko 13 nəfərin yaralandığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mikola Oleşçuk şəhəri hədəf alan bir “İskəndər” və bir “Kinjal” ballistik raketinin və 29 qanadlı raketin hamısının vurulduğunu açıqlayıb. Kiyev meri Vitali Kliçko bildirib ki, vurulan raket parçaları yaşayış yerlərinə, sənaye obyektinə və uşaq bağçasına düşüb.

Bəzi yerlərdə yanğın baş verib və park edilmiş bir çox avtomobil yararsız hala düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu